Sabiq "Liverpul"lu karyerasını başa vurdu

18:31 - 11 Aprel 2019

İsrail millisinin sabiq futbolçusu Yossi Benayun karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı futbolçu sosial şəbəkə hesabında bu barədə məlumat verib.

 

Qeyd edək ki, Benayun peşəkar karyerasına "Hapoel Byer Şeva"da başlayıb. Yarımmüdafiəçi İspaniyanın "Rasinq", İngiltərənin "Vest Hem", "Liverpul", "Çelsi", KPR klublarında çıxış edib. O, son dəfə İsrailin "Beytar" klubunda oynayıb.

Xəbər xətti