"Tottenhem" Allini də itirdi

18:52 - 12 Aprel 2019

İngiltərənin "Tottenhem" klubunda daha bir futbolçusu zədələnib.

 

Sportal.az xəbər verir ki, Harri Keyndən sonra Dele Alli də sıradan çıxıb. 23 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının 1/4 final mərhələsində "Mançester Siti" ilə görüşdə (1:0) xəsarət alıb. Onun sol əlində qırıq aşkarlanıb. Futbolçunun qarşıdakı oyunlarda meydana çıxıb-çıxmayacağı bəlli deyil.

 

Qeyd edək ki, Alli bu mövsüm 29 oyuna 7 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər xətti