Premyer Liqada ayın ən yaxşıları "Liverpul"dan oldu

00:42 - 13 Aprel 2019

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu və baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, "Liverpul"un futbolçusu Sadio Mane və baş məşqçisi Yurgen Klopp ayın ən yaxşıları seçilib.

 

Qeyd edək ki, Mane ötən ay üç qolun müəllifi olub. "Liverpul" ötən ay keçirdiyi 4 oyunun 3-də qalib gəlib, 1-də heç-heçə edib.

Xəbər xətti