İngiltərə Futbol Federasiyası “Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulza qarşı gözlənilməz ittiham irəli sürüb.
Sportal.az xəbər verir ki, o, danışılmış oyunlarda iştirakda ittiham olunur.
Skoulz 2015-ci ilin 17 avqustundan 2019-cu ilin 12 yanvar tarixinə kimi 140 futbol matçına pul qoyuluşu edib. Futbolçu karyerasını bitirəndən sonra 31 gün “Oldhem Atletik”də baş məşqçi kimi çalışan, eyni zamanda “Selford Siti” klubunun 10 faizlik səhmlərinə sahib olan Skoulz, vəzifəsindən sui-istifadədə ittiham olunur.
Pol aprelin 26-na qədər bu qərardan etirazını bildirmək haqqına sahibdir. Qərar tam dəqiqləşəndən sonra isə Skoulza hansı cəzanın veriləcəyi bəlli olacaq.
44 yaşlı Skoulz karyerası boyunca yalnız MY-də forma geyinib və 2013-cü ildə futboldan gedib. O, karyerası ərzində 11 dəfə İngiltərə çempionu olub, 3 dəfə İngiltərə Federasiya Kubokunu qazanıb, 2 dəfə də Çempionlar Liqasında baş mükafata sevinib.
saytlarin hazirlanmasi