"Sky Sports" kanalında şərhçilik edən "Liverpul"un əfsanəvi futbolçusu Ceymi Karraqer sabiq klubu barədə açıqlama verib.
Sportal.az xəbər verir ki, keçmiş müdafiəçi "qırmızılar"ın cinah futbolçusu Sadio Manenin oyunu barədə xoş sözlər səsləndirib: "Mane və Salahı itirmək qorxusunda qalsam, ikinci ilə vidalaşardım. İnsanlar demək olar ki, Məhəmməd Salah və Vircil Van Deykdən danışır. Təbii ki, onlar da vacib futbolçulardır. Ancaq "Liverpul"u bu mövsüm bu yerə gətirən adam Sadio Manedir. Klopp öncə onu transfer etmişdi. Bu transfer üçün "Sauthempton"a 41 milyon avro ödənilib. Öncə "Liverpul"u Premyer Liqada 4-lüyə gətirdi, sonra da Çempionar Liqasının finalına daşıdı. İndi isə Premyer Liqada çempionluq üçün yarışda vacib simadır".
Karraqer seneqallı futbolçunu "Liverpul"un son 30 ildə ən yaxşı cinah futbolçusu adlandırıb: "Vurduğu qolların sayı önəmli deyil. Hesab 4:0 olan zaman siz qol vurub bombardir ola bilərsiniz. Manenin vurduğu qolların hamısı vacib oyunlarda olur. Onun fərqi ortadadır. Məncə, insanlar bunu gözardı edir. İrəlidə Salah, geridə Van Deyk, qapıda Alisson kimi futbolçu var. "Liverpul" uzun illər sonra çempionluğa oynayır. Mane "Liverpul"un son 30 ildə ən yaxşı cinah futbolçusudur".
Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm 41 oyuna 21 qol vurub.
saytlarin hazirlanmasi