Çempionlar Liqasının 1/4 final mərhələsində "Mançester Siti"ni mübarizədən kənarlaşdıran "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis futbolçularını qəhrəman adlandırıb: "İnanılmazdır! Çox xoşbəxtəm. Futbolçularımla - qəhrəmanlarla qüuru duyuram. Möhtəşəm oyunlara görə "Mançester Siti"yə də təşəkkür etmək lazımdır. Lakin düşünürəm ki, biz daha çox mübarizə aparan tərəf olduq. Oyunçularımın hər biri qəhramandır. Meydanda xarakter və kişilik göstərdik".
47 yaşlı çalışdırıcı 90+3-cü dəqiqədə "Mançester Siti"nin vurduğu qolun VAR-ın qərarına əsasən, ləğv edilməsi barədə bunları deyib: "Sterlinqin həmin qolundan sonra ağlımdan çox şeylər keçdi. Məyusluq olduqca böyük idi, amma bir anda qərar dəyişdi. Futbolu da elə buna görə çox sevirik".
saytlarin hazirlanmasi