İngiltərə Peşəkar Futbolçular Assosiasiyası Premyer Liqada 2018/19 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.
Sportal.az xəbər verir ki, bu ad uğrunda 6 futbolçu yarışacaq.
Siyahıda "Mançester Siti"dən Serxio Aquero, Bernardu Silva, Rahim Sterlinq, "Liverpul"dan Vircil van Daykla Sadio Mane və "Çelsi"dən Eden Hazard var.
İlin ən yaxşı gənc futbolçusu adına Trent Aleksander-Arnold ("Liverpul"), Devid Bruks ("Bornmut"), Markus Reşford ("Mançester Yunayted"), Deklan Rais ("Vest Hem"), Bernardu Silva və Rahim Sterlinq (hər ikisi "Mançester Siti" namizəddir.
saytlarin hazirlanmasi