"Liverpul"un əfsanəvi futbolçusu Robbi Fauler məşqçi karyerasını bərpa edib.
Sportal.az xəbər verir ki, sabiq ingilis hücumçu Avstraliyada çalışacaq. 44 yaşlı mütəxəssis "Brisbeyn Roar" klubunun baş məşqçisi təyin edilib. Klub saytının məlumatına görə, Faulerlə 2 illik müqavilə imzalanıb.
Fauler 2011/12 mövsümündə Tailandın "Muanqtonq Yunayted" klubunu çalışdırıb.
saytlarin hazirlanmasi