"Mançester Siti" ciddi itkiylə üzləşdi

11:11 - 24 Aprel 2019

İngiltərə Premyer Liqasında "Liverpul"la çempionluq yarışında olan "Mançester Siti" ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər"in yarımmüdafiəçisi Kevin de Bruyne sıradan çıxıb. Premyer Liqanın 35-ci turunda "Tottenhem"lə görüşdə zədələnən belçikalı yarımmüdafiəçi 2-3 həftə yaşıl meydanlardan kənar qalacaq.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm 30 oyuna 5 qol vurub, 9 assist edib.

Xəbər xətti