İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınmış matçında "Mançester Yunayted"in qonağı olacaq "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Sportal.az xəbər verir ki, "Old Trafford"da keçirilən son 7 matçda qalib gələn "şəhərlilər"in çalışdırıcısı hər oyunun fərqli keçdiyini deyib: "Mən keçmiş oyunlarla maraqlanmıram. Bu mövzuları sevmirəm. Gələcəkdə nə ola biləcəyini düşünürəm. Çünki hər oyun fərqlli keçir. Klubumuz son 10 ildə çox böyüdü. Artıq "Old Trafford" adlı qorxumuz yoxdur. Əvvələr bəlkə də, bu səfər oyunu çox ağır idi. Ancaq "Mançester Siti"nin məşqçiləri və futbolçuları son 10 ildə bunu dəyişdi".
48 yaşlı mütəxəssis Premyer Liqa çempionluğunu hədəflədiklərini deyib: "Mənim üçün önəmli olan Premyer Liqanı qazanmaqdır. Üç mövsümdür ki, burdayam. Hər ötən mövsüm daha yaxşı komanda olduq. Çempion olmağı daha çox düşünürük, nəinki Mançester derbisində qalib gəlməyi. "Mançester Yunayted"i ən yaxşı performansla gözləyirəm. Futbolçuları əllərindən gələnin ən yaxşısını edəcək. Onları görəcəyik. Biz də ən yaxşı şəkildə hazırlaşmışıq".
"Mançester Yunayted" - "Mançester Siti" matçı bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.
saytlarin hazirlanmasi