Premyer Liqada mövsümün ən yaxşı futbolçusu açıqlandı

01:42 - 29 Aprel 2019

İngiltərə Peşəkar Futbolçular Assosiasiyası Premyer Liqada 2018/19 mövsümünün ən yaxşı futbolçusunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, bu ad uğrunda Serxio Aquero, Bernardu Silva, Rahim Sterlinq (hamısı "Mançester Siti"), Vircil van Daykla Sadio Mane (hər ikisi "Liverpul") və Eden Hazard ("Çelsi) mübarizə aparıb.

 

Qalib "Liverpul"un hollandiyalı müdafiəçisi Vircil van Dayk olub. 27 yaşlı futbolçu İngiltərə Premyer Liqasında mövsümün ən yaxşısı seçilib.

 

İlin ən yaxşı gənc futbolçusu adına Trent Aleksander-Arnold ("Liverpul"), Devid Bruks ("Bornmut"), Markus Reşford ("Mançester Yunayted"), Deklan Rais ("Vest Hem"), Bernardu Silva və Rahim Sterlinq (hər ikisi "Mançester Siti") namizəd olub. "Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq mövsümün ən yaxşı gənc oyunçusu seçilib.

Xəbər xətti