Qvardiolanın yeni hədəfi: Harri Maquayr

15:33 - 29 Aprel 2019

İngiltərə Premyer Liqasında növbəti çempionluğa doğru addımlayan "Mançester Siti" yay planlarını cızır.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "şəhərlilər" "Lester Siti"nin müdafiəçisi Harri Maquayrla maraqlanır. Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola topla yaxşı rəftar edən müdafiəçini sərəncamında görmək istəyir. Xəbərdə "tülkülər"in İngiltərə millisinin üzvü üçün 105 milyon avro tələb etdiyi vurğulanıb.

 

"Mançester Siti" bu məbləği ödəsə, Maquayr dünyanın ən bahalı müdafiəçi transferi olacaq. Rekord isə "Liverpul"un müdafiəçisi Vircil van Dayka məxsusdur. "Qırmızılar" 27 yaşlı hollandiyalını "Sauthempton"dan 85 milyon avroya almışdı.

 

26 yaşlı Maquayr bu mövsüm 29 oyuna 3 qol vurub.

Xəbər xətti