İngiltərə Premyer Liqasının 36-cı turunda səfərdə "Börnli"ni məğlub edən "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis son iki mövsümdəki çıxışları barədə danışıb: "Bəlkə də, hansısa komanda gələcəkdə 100 xal baryerini aşacaq. Ancaq liqanın 2-cisi 92, 95 və ya 98 xal yığa bilməz. İki mövsüm ərzində 192 xal yığmışıq və sona 2 tur qalıb. "Mançester Yunayted", "Çelsi", "Tottenhem"i 20 xal fərqlə qabaqlayırıq. Mövsümün əvvəlində, əsasən də, qışda belə uğur gözləmirdim. Ardıcıl 12 oyunda qalib gələrək, möhtəşəm iş ortaya qoyduq".
"Börnli" ilə oyunda Serxio Aqueronun texnologiyadan sonra hesaba alına qolu barədə danışan Qvardiola bunları deyib: "Qol texnologiyası olmasaydı, bəlkə də, onu qol hesab etməyəcəkdilər. Buna görə də texnologiyanı sevirəm. İki mövsüm ərzində etdiklərimiz inanılmazdır. Kimsə bizə nəsə verməyib, özümüz nail olmuşuq".
Premyer Liqanın turnir cədvəlinə 92 xalla "Mançester Siti" başçılıq edir. "Liverpul" 91 xalla 2-cidir. Mövsümün başa çatmasına 2 tur qalıb.
saytlarin hazirlanmasi