İngiltərə Premyer Liqasında mövsümün sonuna iki tur qalmış "Mançester Yunayted"də itki baş verib.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Erik Bayi uzun müddət yaşıl meydanlardan kənar qalacaq.
36-cı turda "Çelsi" ilə qarşılaşmada zədələnən kot-d-ivuarlı müdafiəçi mövsümü bitirib. 25 yaşlı futbolçunun Afrika Millətlər kubokunda oynaması sual altındadır.
Erik Bayi cari mövsüm Premyer Liqada 12 oyun keçirib.
saytlarin hazirlanmasi