Avropa Liqasının yarımfinal mərhələsində mübarizə aparan, İngiltərə Premyer Liqasında ilk 4-lük üçün yarışan "Çelsi" ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, London klubunun müdafiəçisi Antonio Rüdiqer uzun müddətə sıradan çıxıb. Premyer Liqanın 36-cı turunda "Mançester Yunayted"lə səfər matçında (1:1) zədələnən futbolçu mövsümü başa vurub. Almaniya millisinin üzvü menisk yırtığından əməliyyat olunub.
26 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqada 33 oyuna 1 qol vurub.
saytlarin hazirlanmasi