Sabiq "Mançester Yunayted"li karyerasını başa vurdu

14:12 - 1 May 2019

İrlandiya millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Con Oşi karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, "Ridinq" klubu 38 yaşlı müdafiəçinin butsılarını mıxdan asdığını bəyan edib.

 

Oşi peşəkar karyerasına 1999-cu ildə "Mançester Yunayted"də başlayıb. O, "Bornmut", "Sanderlend" və Belçikanın "Anverpen" klubunda da çıxış edib. Təcrübəli futbolçu ötən ildən "Ridinq"də oynayırdı.

Xəbər xətti