Manedən "Real" açıqlaması: "Siz yazırsınız, mən də oxuyuram"

17:12 - 1 May 2019

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Barselona"nın qonağı olacaq "Liverpul"un müdafiəçisi Vircil van Dayk açıqlama verib.

 

Sportal.az xəbər verir ki, seneqallı vinger yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib: "Nou Kamp"dan müsbət nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Əminəm ki, Vircil van Dayk Messiyə qarşı yaxşı oynayacaq. Van Dayk komanda üçün hər şey etməyə hazırdır. Mən də əlimdən gələni edəcəm. Ötən mövsüm finalda oynamaq hamımız üçün böyük təcrübə idi. Dünyanın ən böyük komandalarından birinə qarşı oynayacağıq. Ümid edirəm ki, bu oyunda qol vuracam".

 

Mane ötən il "Liverpul"dan "Barselona"ya keçən sabiq komanda yoldaşı Filipe Koutinyo barədə bunları deyib: "Koutinyo möhtəşəm futbolçudur. "Barselona"nı belə bir futbolçuya sahib olduğu üçün qısqanıram. O, hələ gəncdir və özünü inkişaf etdirəcək. Koutinyo çalışqan futbolçudur".

 

Mane adının "Real"la hallanması barədə danışıb: "Bu barədə bilgim yoxdur. Siz yazırsınız, mən də oxuyuram. "Liverpul"da çox xoşbəxtəm. La Liqaya hörmətlə yanaşıram, ancaq Premyer Liqa çox möhtəşəmdir. Mən olduğum yerdə çox xoşbəxtəm".

 

27 yaşlı futbolçu matçın keçirləcəyi "Nou Kamp" stadionu ilə bağlı bunları deyib: "Nou Kamp" möhtəşəm stadiondur. Çox kiçik yaşımda olarkən "Barselona"nı izləməyə gəlmişdim. Burada futbola baxmaq həzz verir. Oynamaq da möhtəşəm olacaq. Burada oynamaq təzyiq yox, motivasiya olacaq".

 

Seneqal millisinin üzvü "Barselona"nın keçmiş futbolçusu Ronaldinyoya heyran olduğunu vurğulayıb: "Ronaldinyo mənim qəhrəmanımdır. Onu izləməyi çox sevirdim. Ronaldinyoya qarşı oynamağı çox istərdim. Onu hələ də çox sevirəm. Bacarığına heyranam, xüsusilə də gülüşünə".

Xəbər xətti