Mövsümün sonunda "Arsenal"dan ayrılacaq Aaron Remzi mövsümün son ev oyununda azarkeşlərlə vidalaşıb.
Sportal.az xəbər verir ki, Uels millisinin üzvü Premyer Liqanın 37-ci turu çərçivəsində "Brayton"la matçdan (1:1) öncə londonlu fanatlarla vidalaşıb. 28 yaşlı yarımmüdafiəçi göz yaşlarına hakim ola bilməyib.
Remzi yeni mövsümdən etibarən İtaliyanın "Yuventus" klubunda çıxış edəcək. Uelsli futbolçu 2008-ci ildə "Kardiff Siti"dən "Arsenal"a keçmişdi.
saytlarin hazirlanmasi