İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər açıqlanıb.
Sportal.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı baş məşqçi adına Pep Qvardiola (“Mançester Siti”), Yurgen Klopp (“Liverpul”), Nunu Eşpiritu Santu (“Vulverhempton”) və Mauriso Poçettino (“Tottenhem”) namizəddir.
Serxio Aquero, Rahim Sterlinq, Bernardu Silva (hamısı ("Mançester Siti"), Vircil Van Dayk, Sadio Mane, Məhəmməd Salah (hamısı “Liverpul”) və Eden Hazard (“Çelsi”) mövsümün ən yaxşı futbolçusu adına namizəd göstərilib.
Azarkeşlər Premyer Liqanın rəsmi saytında səs verməklə qalibi seçəcək.
Qaliblərin adı mayın 14-də açıqlanacaq.
saytlarin hazirlanmasi