Çempionlar Liqasında "Ayaks"ı səfərdə 3:2 hesabı ilə məğlub edərək finala yüksələn "Tottenhem"in hücumçusu Harri Keyn açıqlama verib.
Sportal.az xəbər verir ki, zədədən əziyyət çəkən forvard finala yetişəcəyinə ümid etdiyini deyib: "Finala yetişə bilərəm. Bərpam yaxşı gedir. Qaçışlara başlamışam. Zədəli olduğum müddətdə "Mançester Siti" və "Ayaks"ı mübarizədən kənarlaşdırdıq. Finalda oynamaq üçün özümü sübut etməliyəm".
Keyn komandasının "Ayaks"la oyunu barədə bunları bildirib: "Möhtəşəm idi. Bizi üzən ilk hissə izlədik. "Ayaks"ın oynamasına icazə verdik. Fasilədə paltardəyişmə otağına mən də yollandım. Önümüzdə hələ 45 dəqiqənin olduğunu danışdıq. Lukas Moura dubl edəndən sonra sonuncu qolu vuracağını da hiss etdim".
"Liverpul" - "Tottenhem" finalı iyunun 1-i Madridin "Vanda Metropolitano" stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi