İngiltərənin “Fulhem” klubu fevralda müvəqqəti olaraq baş məşqçi təyin etdiyi Skott Parkerlə bağlı qərar verib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, London klubu 38 yaşlı mütəxəssisi vəzifəsində saxlayıb. Parkerlə 2 illik müqavilə imzalanıb.
"Fulhem" ingiltərəli mütəxəssisin rəhbərliyi altında 9 oyunun 3-də qələbə qazanıb. Paytaxt təmsilçisi növbəti mövsümdə Çempionşipdə çıxış edəcək.
saytlarin hazirlanmasi