Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) UEFA-nın "Arsenal" futbol klubunun emənistanlı futbolçusu Henrix Mxitaryanın Azərbaycan vizası almasına dəstək verməyə hazır olması məsələsinə münasibət bildirib.
Sportal.az xəbər verir ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, idman siyasətdən kənardır. XİN-dən deyiblər: "Sorğunuza cavab olaraq bildirmək istərdik ki, idman siyasətdən kənardır".
"Arsenal" Bakıda keçiriləcək Avropa Liqasının finalına vəsiqə qazanacağı halda UEFA Azərbaycan vizasının alınmasında erməni futbolçuya dəstək göstərməyə hazır olduğunu bəyan edib: "UEFA üçün oyunçulara vizaların alınması məqsədilə assosiasiyalara, klublara və ya səfirliklərə dəstək məktubu göndərmək və onlara UEFA matçlarında iştirak imkanını vermək standart prosedurdur".