İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unai Emeri erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında oynayıb-oynamayacağı ilə bağlı açıqlama verib.
Sportal.az "Daily Express"ə istinadən xəbər verir ki, ispan mütəxəssis Premyer Liqanın 38-ci turunda "Börnli"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Mxitaryanın Azərbaycanda keçiriləcək görüşdə oynamasını istədəyini deyib:
"Biz Mxitaryanla oynamaq istəyirik. Bu, siyasi məsələdir, amma həll məsələsini bilmirəm. Bu oyunda meydanda çox yaxşı işlər gördü. Həqiqətən, iki ölkə arasındakı problemi bilmirəm. Ancaq Mxitaryanın Bakıda olması üçün əlimizdən gələni edəcəyik. Bu mövzu idmana aid deyil və mənim əlimdə imkan yoxdur. Anlamıram ki, bunu necə çözmək olar".
Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Həlledici görüşdə İngiltərənin "Çelsi" və "Arsenal" klubları üz-üzə gələcək.
saytlarin hazirlanmasi