İngiltərə Premyer Liqasında baş məşqçi istefası reallaşıb.
Sportal.az xəbər verir ki, "Brayton" klubu baş məşqçisi Kris Hyutonla yolları ayırıb.
"Brayton" ötən mövsüm 60 yaşlı mütəxəssisin rəhbərliyi altında tarixində ilk dəfə Premyer Liqaya yüksəlmişdi. Komanda cari mövsümü 17-ci pillədə tamamlayıb və Premyer Liqada yerini qoruyub.
Hyuton 2014-cü ildən "Brayton"u çalışdırırdı.
saytlarin hazirlanmasi