İngiltərə Premyer Liqasını qalib başa vuran "Mançester Siti" şok cəza ala bilər.
Sportal.az xəbər verir ki, UEFA-nın Maliyyə Fair-Play üzrə İstinaq Qrupu Mançester təmsilçisində maliyyə problemi aşkarladığı üçün avrokuboklardan kənarlaşdırmağı planlaşdırır. "Şəhərlilər"in ən azı bir mövsümlük cəzalanacağı gözlənilir.
"Mançester Siti" 2014-cü ildə maliyyə pozuntuları edib və sponsorluq müqavilələrinin məlumatını yanlış təqdim edib.
Yaxın gələcəkdə "Mançester Siti" ilə bağlı yekun qərar açıqlanacaq.
saytlarin hazirlanmasi