"Arsenal" Bakıda "Çelsi" ilə keçiriləcək Avropa Liqasının finalına erməni futbolçusu Henrix Mxitaryanı gətirməyəcək.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, London klubu təhlükəsizlik səbəbindən riskə getmək istəməyib.
Henrix Mxitaryan 2015-ci ildə Almaniyanın Dortmund "Borussiya"sı ilə Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə Bakıda keçirilən oyunu üçün səfər etməmişdi. Ötən il isə "Arsenal" 30 yaşlı yarımmüdafiəçini "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində keçirilən oyunda Azərbaycana gətirməmişdi.
saytlarin hazirlanmasi