İngiltərə Federasiya kubokunda final oyunu keçirilib.
Sportal.az xəbər verir ki, “Uembli”də baş tutan həlledici oyununda “Mançester Siti” “Uotford”u 6:0 hesabı ilə məğlub edərək, turnirin qalibi olub.
"Şəhərlilər" 6-cı dəfə FA kubokunu qazanıb. Mançester təmsilçisi sonuncu dəfə 2010/11 mövsümündə bu yarışın qalibi olub.
Pep Qvardiolanın komandası cari mövsüm İngiltərə Liqa kubokunu və Premyer Liqasını da qazanıb.
"Mançester Siti" - "Uotford" - 6:0
Qollar: David Silva, 26, Rahim Sterlinq, 38, 81, 87, Kevin de Brüyne, 61, Qabriel Jezus, 68
saytlarin hazirlanmasi