Henrix Mxitaryandan etiraf: "Bakıdakı finalı qaçırmaq məni çox üzür"

15:09 - 21 May 2019

Avropa Liqasının finalında Balıda "Çelsi" ilə keçiriləcək görüşə gətirilməməsi qərarı verilən "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryan sosial şəbəkə hesabında açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi oyunu qaçıracağı üçün üzgün olduğunu deyib:

 

"Bütün mövcud seçimləri göz önünə alaraq, komanda ilə birlikdə Avropa Liqasının finalı üçün Bakıya getməməyimlə bağlı çətin qərar verildi. Bu, biz futbolçular üçün çox tez-tez olmayan bir oyundur və etiraf edim ki, bu oyunu qaçırmaq məni çox üzür. Komanda yoldaşlarımı dəstəkləyəcəm. Kuboku evə gətirin!"

 

"Arsenal" - "Çelsi" oyunu mayın 29-u, Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti