"Çelsi" 37 yaşlı futbolçunun müqaviləsini uzatdı

18:41 - 22 May 2019

İngiltərənin “Çelsi” klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, London klubu qapıçısı Vili Kabalyero ilə müqaviləni uzadıb. 37 yaşlı qolkiper daha bir il "zadəganlar"da çıxış edəcək.

 

Argentina millisinin üzvünü 2017-ci ildə "Mançester Siti"dən ayrıldıqdan sonra "Çelsi"yə keçmişdi.

Xəbər xətti