"Bayern"dən ayrılan hollandiyalı futbolçu Aryen Robben karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Lester Siti" 35 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. "Tülkülər" təcrübəli futbolçuya rəsmi təklif göndərəcək.
Xəbərdə PSV-nin də bu transferdə favorit olduğu vurğulanıb.
"Bayern"lə 308 oyun keçirən Robben 144 qol vurub, 101 assist edib. O, Münhen klubunda 18 kubok qazanıb.
saytlarin hazirlanmasi