"Tottenhem" transfer rekordunu qırmağa hazırlaşır

11:57 - 29 May 2019

Son iki transfer dönəmində futbolçu almayan "Tottenhem" yay planlarını cızır.

 

Sportal.az "Daily Telegraph"a istinadən xəbər verir ki, London klubu "Real Betis"in yarımmüdafiəçisi Covani Lo Çelsonu transfer etmək istəyir.

 

Xəbərdə Argentina millisinin futbolçusu üçün 60 milyon avroluq təklif edildiyi qeyd edilib. Əgər bu transfer reallaşsa, "Tottenhem" tarixində ən bahalı oyunçu olacaq. Londonlular daha öncə Deyvsion Sançes üçün "Ayaks"a 40 milyon avro ödəyib.

 

"Real Betis" Lo Çelsonu PSJ-dən 22 milyon avroya alıb. 23 yaşlı futbolçunun sərbəst qalma dəyəri 100 milyon avrodur.

 

Yarımmüdafiənin mərkəzində oynayan argentinalı futbolçu La Liqada 32 oyuna 9 qol vurub, 5 assist edib.

Xəbər xətti