Çempionlar Liqasında 2018/19-cu il mövsümünün qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, həlledici matçda İngiltərə təmsilçiləri - "Tottenhem" və "Liverpul" üz-üzə gəlib.
İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda keçirilən oyunda "Liverpul" 2:0 hesablı qələbə qazanıb. Bu, "qırmızılar"ın 6-cı çempionluğu olub.
Çempionlar Liqası
Final
1 iyun (şənbə)
"Tottenhem” (İngiltərə) – "Liverpul” (İngiltərə) - 0:2
Qollar: Məhəmməd Salah, 2 (pen.), Divok Orici, 87
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan və Mateo Laos
Madrid. "Vanda Metropolitano" stadionu.
saytlarin hazirlanmasi