"Tottenhem"in futbolçusu: "Atam evlənməməyi tapşırıb"

11:23 - 4 İyun 2019

"Tottenhem"in cənubi koreyalı ulduzu Son Hın-Min maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını başa vurduqdan sonra ailə həyatı quracağını deyib:

 

"Atam karyeramı başa vurmamışdan əvvəl evlənməməyimi tapşırıb. Onun sözünə qulaq asdım. Evlənəndə ailə bir nömrəli seçim olur və futbol sonra gəlir. Mən oynayarkən futbolun bir nömrəli olduğundan əmin olmaq istəyirəm. Yüksək səviyyədə nə vaxta qədər oynayacağını bilməzsən. Karyeranı başa vurmaq üçün 33-34 yaşlarına gələndə ailə qurmaq üçün uzun zaman olacaq".

 

Son ötən mövsüm 48 oyuna 20 qol vurub, 10 assist edib.

Xəbər xətti