Lempard sabiq komanda yoldaşını "Derbi"dən göndərdi

14:17 - 4 İyun 2019

İngiltərə Çempionşipində mübarizə aparan "Derbi" klubu İngiltərə millisinin sabiq üzvü Eşli Koulla yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb. Onun karyerasını başa vuracağı gözlənilir.

 

Qeyd edək ki, "Derbi"nin baş məşqçisi Frenk Lempard Koulla "Çelsi" və İngiltərə millisində birgə çıxış edib.

Xəbər xətti