Obameyanqa Çindən rekord təklif

12:07 - 5 İyun 2019

Premyer Liqada ilk dördlüyə düşməyən və Avropa Liqasının finalında uduzan İngiltərənin "Arsenal" klubunu aparıcı futbolçuları tərk edə bilər.

 

Sportal.az "The Times" nəşrinə istinadən xəbər verir ki, Çinin "Quançjao Everqrand" və "Şanxay SIPG" klubları "topçular"ın hücumçusu Pyer-Emerik Obameyanqı transfer etmək istəyir. Super Liqa təmsilçisləri qabonlu forvarda həftəlik 300 min funt-sterlinq maaş ödəməyə hazırdır.

 

2018-ci ildə "Borussiya"dan 63 milyon avroya London klubuna keçən 29 yaşlı futbolçunun hazırda həftəlik qazancı 190 min funt-sterlinqdir.

 

Obameyanq ötən mövsüm 51 oyuna 31 qol vurub, 8 assist edib.

Xəbər xətti