Salah bayram namazını qaçırdığı üçün jurnalistlərlə fanatları günahlandırdı

13:07 - 6 İyun 2019

“Liverpul”un və Misir yığmasının futbolçusu Məhəmməd Salah bayram namazını qıla bilmədiyi üçün "Twitter" hesabında jurnalistlərlə fanatlara səslənib.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu ilə şəkil çəkdirmək üçün xeyli sayda insan onun evinə axın edib. Nəticədə şəhər məscidinə atası, həyat yoldaşı və qızı Salahsız getməli olub. 26 yaşlı hücumçu insanları hörmətsizlik etdiyini qeyd edib:

 

"Bəzi jurnalistlər və sadə insanlar elə ediblər ki, insan evindən çıxa və gedib bayram namazını qıla bilmir. Bunun pərəstiş etdiyin insana sevgiyə aidiyyati yoxdur. Bunun adı şəxsi həyata olan haqqa hörmətsizlik və peşəkarlığın olmamasıdır".

Xəbər xətti