"Mançester Yunayted" iki futbolçunu yola saldı

00:15 - 8 İyun 2019

İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Yunayted" klubu iki futbolçu ilə yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yarımmüdafiəçisi Ander Herrera və müdafiəçisi Luis Antonio Valensiya ilə başa çatan müqaviləni uzatmayıb. Hər iki futbolçu azad agent statusuna yiyələnib.

 

İngiltərə mətbuatının məlumatına görə, Herrera karyerasını PSJ-də davam etdirəcək.

Xəbər xətti