"Mançester Siti"nin Türkiyə əslli almaniyalı futbolçusu İlkay Gündoğan gələcək karyerası ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi klubla müqaviləni uzatmaq üçün danışıqlara başlayacağını deyib:
"Mançester Siti" ilə müqaviləni yeniləmək üçün danışıqlara başlayacağıq. Əlbəttə, müqaviləni uzatmaq istəyirəm. Burdan ayrılmaq istədiyimi dəqiq deyə bilmərəm. Klub da qalmağımı istəyir".
Gündoğanın "şəhərlərlilər" müqaviləsi 2020-ci ilin yayında başa çatır. O, ötən mövsüm 50 oyuna 6 qol vurub, 8 assist edib.
saytlarin hazirlanmasi