Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan ayrılan Slaven Biliçin yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis İngiltərə Çempionşip təmsilçisi "Vest Bromviç"i çalışdıracaq. Klub saytının məlumatına görə, onunla 1 illik müqavilə imzalanıb.
Biliç "Lokomotiv" (Moskva), "Beşiktaş", "Vest Hem" kimi klubları çalışdırıb. O, 2006-2012-ci illərdə Xorvatiya yığmasına rəhbərlik edib.
saytlarin hazirlanmasi