"Real" və "Yuventus" "Liverpul"un ulduz futbolçusu Məhəmməd Salahın transferi üçün cəhd göstəriblər.
Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, hər iki klub misirli hücumçu üçün 170 milyon avronu gözdən çıxarıb. Xəbərdə Salahın Premyer Liqa çempionu olmaq istədiyi üçün "Liverpul"da qalmağı seçdiyi qeyd edilib. Bu səbəbdən də Salah təklifləri nəzərə almayacaq.
27 yaşlı futbolçu ötən mövsüm 52 oyuna 27 qol vurub, 13 assist edib.
saytlarin hazirlanmasi