34 yaşlı futbolçu ilə müqavilə uzadıldı

23:26 - 19 İyun 2019

İngiltərənin "Everton" klubunda yeni müqavilə gerçəkləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Liverpul təmsilçisi kapitanı Leyton Beynslə müqavilə müddətini uzadıb. 34 yaşlı sol cinah müdafiəçisi daha bir mövsüm Premyer Liqa klubunda çıxış edəcək.

 

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2007-ci ildə "Uiqan"dan "Everton"a keçib. Təcrübəli futbolçu klubda 411 oyun keçirib, 38 qol vurub, 67 assist edib.

Xəbər xətti