İngiltərənin "Aston Villa" klubu məşqçisi Con Terriylə müqaviləni uzadıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssislə 2021-ci ilə qədər müqavilə imzalanıb.
İngiltərə millisinin sabiq üzvü Birmingem təmsilçisində baş məşqçi Din Smitin köməkçisidir.
Qeyd edək ki, "Aston Villa" yeni mövsümdən Premyer Liqada çıxış edəcək.
saytlarin hazirlanmasi