"Everton" Cenk Tosun üçün almanlardan 20 milyon tələb etdi

18:14 - 20 İyun 2019

İngiltərənin "Everton" klubunun türkiyəli hücumçusu Cenk Tosun karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Dortmund "Borussiya"sı və "Şalke" 28 yaşlı hücumçu ilə maraqlanır. İngiltərə mətbuatının məlumatına görə, hər iki klub Liverpul təmsilçisi ilə danışıqlar aparıb. Premyer Liqa klubu Türkiyə millisinin üzvü 20 milyon avro tələb edir.

 

"Everton" Cenk Tosunu ötən il 22,5 milyon avroya "Beşiktaş"dan transfer etmişdi.

Xəbər xətti