"Bayern"in transfer hədəfində olan "Mançester Siti"nin futbolçusu Leroy Sane gələcəyi haqda qərar verib.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Almaniya millisinin üzvü komanda yoldaşlarına Mühnen klubuna transfer olmayacağını və "Mançester Siti"də qalacağını deyib.
"Şəhərlilər" "Bayern"in 23 yaşlı vingerin transferi üçün göndərdiyi 80 milyon avroluq təklifi rədd etmişdi.
Almaniyalı futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2021-ci ilə qədərdir. Sane ötən mövsüm 47 oyuna 16 qol vurub, 18 assist edib.
saytlarin hazirlanmasi