İspaniyanın "Real" klubu ilə adı hallanan "Tottenhem"in futbolçusu Kristian Eriksen Madriddə ev axtarmağa başlayıb.
Sportal.az xəbər verir ki, bu barədə Danimarkanın "Fyens Stiftsidende" qəzetində məlumat yer alıb. Xəbərdə danimarkalı futbolçunun sevgilisi Sabrina Kvistlə Londondakı evi satışa çıxardıqları qeyd edilib.
Eriksenin "Tottenhem"lə bir illik müqaviləsi qalıb və o, yeni sözləşmə təklifini qəbul etməyib.
27 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avro qarşılığında "Tottenhem"ə keçmişdi. Eriksen ötən mövsüm 51 oyuna 10 qol vurub, 17 assist edib.
saytlarin hazirlanmasi