İngiltərənin “Mançester Yunayted” klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" hücumçusu Markus Reşfordla yeni müqavilə bağlayıb. 21 yaşlı forvardla 4 illik müqavilə imzalanıb. İngiltərə millisinin üzvünün həftəlik maaşı 300 min funt-sterlinq olacaq.
Qeyd edək ki, Reşford 2015-ci ildən Mançester təmsilçisinin əsas heyətində oynayır.
saytlarin hazirlanmasi