Ötən mövsümün sonunda futbolçu karyerasını başa vuran Hollandiya millisinin sabiq üzvü Robin van Persi şərhçiliyə başlayıb.
Sportal.az xəbər verir ki, van Persi Böyük Britaniyanın "BT Sport" kanalında çalışacaq. Veteran hücumçu oyunlardan öncə və sonra fikir bildirəcək.
"BT Sport" kanalında Rio Ferdinand, Ouen Harqrivs və Martin Keoun da çalışır.
35 yaşlı keçmiş hücumçu "Feyenoord", "Arsenal", "Mançester Yunayted" və "Fənərbaxça" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi