Maquayr "Mançester Yunayted" yolunda

15:36 - 14 İyul 2019

"Lester Siti"nin müdafiəçisi Harri Maquayr klub rəhbərliyi və baş məşqçi Brendan Rocersə müraciətində komandadan ayrılmaq istədiyini deyib.

 

Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü karyerasını "Mançester Yunayted"də davam etdirmək istəyir. Klub 26 yaşlı futbolçunun qərarına hörmətlə yanaşıb.

 

Maquayrın "qırmızı şeytanlar"a transferi tezliklə baş tutacaq. Bu keçidin Mançester təmsilçisinə 85 milyon avroya başa gələcəyi xəbərdə vurğulanıb.

 

"Lester Siti" ingilis futbolçunu 2017-ci ilin yayında "Hall Siti"dən 13,7 milyon avroya transfer etmişdi. Maquayr karyerası ərzində Premyer Liqada 101 oyun keçirib.

Xəbər xətti