İngiltərənin "Tottenhem" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi 18 yaşlı yarımmüdafiəçi Maurisio Poçettino ilə peşəkar müqavilə bağlayıb.
18 yaşlı yarımmüdafiəçi əsas komandanın baş məşqçisi Maurisio Poçettinonun oğludur. Atasıyla eyni ad və soyadı daşıyan argentinalı sağ cinah oyunçusu U-23 komandasında çıxış edəcək.
saytlarin hazirlanmasi