İngiltərənin "Nyukasl" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Stiv Bryus "sağsağanlar"ın yeni baş məşqçisi təyin edilib. İngilis çalışdırı ilə üç illik müqavilə imzalanıb. O, bu vəzifədə Rafael Benitesi əvəzləyib.
Bryus daha öncə "Birmingem", "Uiqan", "Sanderlend", "Hall Siti", "Aston Villa" və "Şeffild Uensdey" klublarını çalışdırıb.
saytlarin hazirlanmasi